Yağış və qar İranda həyatı iflic edib.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, güclü qar Kərəc-Çalus magistral yolunu, güclü yağış Ümidiyyə-Deyəlm şosesini bağlayıb.
Təbriz-Zəncan, Əhər, Kəleybər, Marağa-Həştrud, Əhər-Sambəran, Nəzər Kəhrizi aşırımlarında da güclü qar və uçqun var.
Çahar-Mahal və Bəxtiyari vilayətində də güclü qar və uçqun olub. Xilasedicilər orada yerləşən 15 köçəri ailəyə kömək ediblər.
Tonekabon rayonunun 14 kəndi ilə əlaqə kəsilib.