Yağış yağacaq

Aprelin 11-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Səhər bəzi yerlərdə çiskin olacağı, axşam isə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 5-8° isti, gündüz 12-17° isti, Bakıda gecə 6-8° isti, gündüz 14-16° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 80-90 %, gündüz 55-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Yeniçağ.az