Yağış yağacaq

Sentyabrın 22-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.

Səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən Yenicag.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 18-22° isti, gündüz 29-34° isti, Bakıda gecə 20-22°, gündüz 31-33° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-20°, gündüz 30-35° isti, dağlarda gecə 11-16°, gündüz 21-26° isti olacağı gözlənilir.