Yağış yağacaq, şimşək çaxacaq

bd9e91cf97a1dcd64255415352ec3e0bAvqustun 27-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gecə Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-22, gündüz 25-29 dərəcə olacaq. Bakıda gecə 20-22, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Temperatur gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacaq(APA).