!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yağış yağacaq

!Reklam – Yazi

Chiskinli hava 161211Bakı və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, əsasən gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində çiskinli az yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10, gündüz 11-14 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gecə və səhər saatlarında bəzi yerlərdə dumanlı, çiskinli, əsasən şimal və şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 isti, bəzi yerlərdə 5 dərəcəyədək şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

www.yenicag.az

644
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv