Yağış yağdı, külək əsdi – FAKTİKİ HAVA

Saat 15:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz keçib.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Yağıntının miqdarı Balakəndə 3 mm, Zaqatalada 2 mm, Şahdağ, Tovuz, Şəkidə 1 mm-dək olub.

Göygöldə duman müşahidə olunub.

Sarı xəbərdarlığa uyğun olaraq, şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Culfada 22 m/s-dək güclənib.

COP29