Yağış yağdı, paytaxt yollarını su basdı

134557_res_01Bu gün səhər saatlarından Bakıya güclü yağış yağmağa başlayıb.

Güclü yağış şəhərin bir sıra mərkəzi və həmçinin kənar küçələrində nəqliyyatın, piyadaların hərəkətində problem yaradıb.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakıda və Abşeron yarımadasında martın 29-30-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi ilə bağlı ötən gün xəbərdarlıq yayıb.

Azərbaycanın rayonlarında da martın 29-30-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.