Yağışlı hava qəzaya səbəb oldu – Xəsarət alan var

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə Qala qəsəbəsində qeydə alınıb.

Avtomobilin pis hava şəraiti ilə əlaqədar idarəetmədən çıxaraq dirəyə çırpılması nəticəsində sərnişin, 1990-cı il təvəllüdlü Səlimov İsmayıl Əliverdi oğlu ağır xəsarət alıb.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub./Report/