Yağışlı hava şəraiti nə qədər davam edəcək?

“Yaxın üç gündə havanın temperaturunun iqlim normasından yüksək olacağını gözləsək də, martın 9-u axşamdan başlayaraq hava şəraitinin dəyişəcəyini, temperaturun xeyli aşağı düşəcəyini proqnozlaşdırırıq”.

Bu barədə Yenicag.az-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, temperatur hətta Abşeronda belə fevral ayı ilə müqayisədə aşağı olacaq, 4-9 dərəcə isti təşkil edəcək.

U.Tağıyevanın sözlərinə görə, ikinci ongünlüyün birinci yarısında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.