!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yağışlı havalarda nələrə diqqət edilməlidir - VİDEO

!Reklam – Yazi

Yağışlı havalarda yollarda bir çox problemlər yaşanır. Həm sürücülər, həm piyadalar bu cür havalarda ehtiyyatlı olmalıdırlar.

Yenicag.az xəbər verir ki, bununla bağlı təlimçi Salih Quliyev bu cür havalarda diqqətli olmağı məsləhət görüb.

“İntensiv yağışla əlaqədar yol görmək çətinləşir. Adətən qaranlıq vaxtlarda asvalt qara, insanlar da qara geyimdə olduğu üçün yağışlı havalarda ümumiyyətlə görünmürlər. Əyləci ani basmaqla arxadakı avtomobilə vurub, qəza törədə bilərlər. Avtomobilin texniki göstəricilərinə nəzarət etmək məsləhətdir”.

Bəs, ötmə əməliyyatlarında hansı problemlər yaşana bilər?

“Tutaq ki, mən qarşıdakı nəqliyyat vasitəsini ötmək istəyirəm. Bu zaman güzgülər parlıdır, heçnə görmürəm, “Allaha ümid” deyib, ani manevr edərək qarşıdakı maşını keçmək istəyirəm. Bu da arxadakı avtobobillərə çətinlik yaradır. Belə havalarda çətinlik ən çox döngələrdə olur. Sürücülər adətən belə havalarda sükanı sərt burub sürüşməyə səbəb olurlar. Qabaq təkərçəkənlə arxatəkərçəkənin döngələrə reaksiyası fərqlidir. Bu da yağışlı havalarda özünü daha çox biruzə verir”.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlər Yol Polis İdarəsi də yağışlı havalarda sürücülərə sürət həddini aşmamağı tövsiyyə edir və daha çox ictimai nəqliyyat vasitələrindən istifadə etməyə çağırır.

www.yenicag.az

2217
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv