!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yahoo” casusluqda ittiham olunur

!Reklam – Yazi

cbceca9bf939bc5a69835dd02de20ebcABŞ-ın “Yahoo” şirkəti hüquq-mühafizə orqanlarının lehinə öz istifadəçilərinə qarşı casusluq edib.

“APA-Economics” “Vesti Hi-tech” portalına istinadən xəbər verir ki, şirkət gizli proqram vasitəsilə istifadəçilərinin yazışmalarına nəzarət edib. “Burada əsas məqsəd Milli Təhlükəsizlik Agentliyini və Federal Tədqiqatlar Bürosunu lazımi informasiya ilə təmin etmək olub”, – portal şirkətin sabiq əməkdaşlarına istinadən yazır.

Adlarının anonim saxlanılmasını istəyən mütəxəssislər deyir ki, şirkət rəsmi Vaşinqtonun sorğuları əsasından milyonlarla akkaunta nəzarət edib.

“Şirkətin menecmentində təmsil olunan bir sıra şəxslər bu cür siyasətlə razı deyildi. Nəticədə onlar yeni iş yeri axtarmağa məcbur oldu”, – deyə onlar qeyd edib.

Yeri gəlmişkən, qalmaqalı Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı, hazırda Rusiyada mühacirətdə olan Edvard Snouden də şərh edib. O öz “Twitter” hesabı vasitəsilə hər kəsi “Yahoo”dan imtina etməyə çağırıb: “ABŞ qanunlarını kobud şəkildə pozan şirkətin hərəkətləri heç bir çərçivəyə sığmır”.

“Yahoo” rəhbərliyi isə hər hansı şərh verməyə tələsmir.

www.yenicag.az

577
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv