Yakutiyada mənfi 59 dərəcə şaxta qeydə alındı

Rusiyanın Yakutiya bölgəsinin Oymyakon rayonunda -59 dərəcə şaxta qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə Yakutsk Hidrometeorologiya Departamenti məlumat yayıb.

Rayonların doqquz məntəqəsində -45-dən aşağı şaxta olub.

Qeyd olunan ərazilərin Yer kürəsinin qeydə alınmış ən aşağı temperaturlu əraziləridir. Yakutiyada bunlar Oymyakon və Verxoyanskdır.