!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yakutiyada miqrantlara qarşı kütləvi talan – Video +18

!Reklam – Yazi

Rusiyanın Yakutiya Muxtar Respublikasında yerli əhali və miqrantlar arasında qarşıdurma güclənir.

Yenicag.ru-nun məlumatına görə, respublikanın bir sıra yaşayış məntəqələrində, o cümlədən Yakutsk şəhərində yerli sakinlər gəlmələrə hücum ediblər.

Rusiyadakı müxbirimizin əldə etdiyi videokadrlardan da göründüyü kimi, aqressiv ovqatlı yerli sakinlər supermarketdə alver edən miqrantlara fiziki təzyiq göstəriblər.

Başqa bir videomaterialda isə miqrantın idarə etdiyi avtomobili saxlayan yakutun onu təhqir və təhdid etdiyi görünür.

Xatırladaq ki, Yakutiyada yerlilərlə gəlmələr arasında gərginliyin artmasına səbəb Qırğızıstan əsilli miqrantın yakut qızı işlədiyi avtoprofilaktoriyaya apararaq zorlaması olub.

Bu barədə məlumatın yayılmasından sonra yerli sakinlərin miqrantlara qarşı kütləvi hücumları başlayıb.

www.yenicag.az

3325
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv