!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Yalandan deyirlər..." - Sərxan Kərəmoğlu onu toy bazarından vuranlara SƏSLƏNDİ

!Reklam – Yazi

Tanınmış şoumen, aktyor, aparıcı, son illər isə daha çox müğənni kimi fəaliyyət göstərən Sərxan Kərəmoğlu onu toy bazarından vurmaq istəyənlərə səslənib.

Yenicag.az xəbər verir ki, Rusiyada yaşayan və daha çox həmin ölkədə fəaliyyət göstərən sənətçi həmkarlarına ismarış yollayıb:

“Rusiyada məni kimlərsə toya dəvət etmək istəyəndə, yalandan deyirlər, Sərxan Rusiyada deyil, Bakıdadır. Rəhmətlik İlhamə Quliyeva ilə Buzovnada bir məkanda oturmuşduq, bir qız zəng etdi ki, İlhamə xanım haradasız, sizdən müsahibə almaq istəyirik. O da cavab verdi ki, İsveçrədəyəm. Bir qədər keçmişdi, yenidən zəng gəldi ki, bəs deyirlər Buzovnadasız. İlhamə xanım qayıtdı ki, özüm bilərəm haradayam, mən İlhamə Quliyevayam, istəyərəm Buzovnada olaram, istəyərəm İsveçrədə. İndi İlhamə xanım demişkən, mən də istəyərəm Rusiyada olaram, istəyərəm Bakıda, özüm bilərəm. Nəyinizə lazımdır, haradayam? Siz toyunuza çağırın”.

Cəvahir

www.yenicag.az

403
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv