!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Yalnız xəstə təfəkkürlü “siyasətçi” Qarabağı Azərbaycan ərazisi kimi görməyə bilər” - TƏHLİL

!Reklam – Yazi

“Rusiyanın bir sıra ekspertləri Qarabağ nə Ermənistanındır, nə də Azərbaycanın” deyirlər. Yəni Qarabağ Rusiyanın olmalıdır. Bir “siyasətçi” nə qədər xəstə təfəkkürlü olmalıdır ki, Azərbaycanın əzəli və əbədi torpağı, dünyanın tanıdığı Qarabağ haqqında belə fikirlər səsləndirsin”.

Bunu Ermənistanla Azərbaycan arasında aparılan sülh prosesini təhlil edən politoloq Elşad Həsənov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Ermənistanla Azərbaycan arasında müxtəlif platformalarda görüşlərin keçirilməsi sülhün əldə olunması üçün əsas amillərdəndir:

“İki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün ABŞ xüsusi səy göstərir. Vaşinqtonda keçirilən görüşdən sonra Ermənistanla Azərbaycan arasında bir sıra razılıqlar əldə olunub. Bu da müsbət nəticələrdən biridir. Əlavə olaraq Brüssel görüşündə Ermənistan Azərbaycanın 86.6 min kv/km-lik ərazsini tanıdı ki, bura Qarabağ da daxildir. Bu iki ölkə arasında sülhün əldə olunması üçün aparılan proseslərin nəticəsi olaraq böyük irəliləyiş sayıla bilər.

Paşinyan Rusiyada “Qarabağ Ermənistanındır, nöqtə” demişdi. Lakin biz ona “Qarabağ Azərbaycanındır, nida” dedik. Və Paşinyanı öz dili ilə “Qarabağ Azərbaycanındır” deməyə məcbur etdik.

Rusiya siyasi dairələri Qarabağda münaqişənin bitməsini, iki ölkə arasında sülhün əldə olunmasını istəmir. Hətta Moskva görüşündən sonra Rusiyanın bir sıra ekspertləri “Qarabağ nə Ermənistanındır, nə də Azərbaycanın” deyirlər. Yəni Qarabağ Rusiyanın olmalıdır.

Bir “siyasətçi” nə qədər xəstə təfəkkürlü olmalıdır ki, Azərbaycanın əzəli və əbədi torpağı, dünyanın tanıdığı Qarabağ haqqında belə fikirlər səsləndirsin.

Gündəmə tez-tez rus sülhməramlılarının köməyi ilə separatçılara silah-sursat daşındığı xəbərləri gəlir. Ortaya belə bir sual çıxır, yaxşı, bəs bu silah-sursat nə üçündür?

Təbii ki, münaqişə ocağını yenidən körükləməkdir məqsəd. Azərbaycan Respublikası separatçı rejimə dəfələrlə düzgün yola gəlməyi təklif edib. Sonuncu şanslarıdır. Bu şansdan düzgün istifadə etməlidirlər. Əks halda Azərbaycan öz ərazilərində antiterror əməliyyatı keçirməyə məcbur olacaq. Buna isə dünyanın heç bir ölkəsi qarşı gələ bilməz. Çünki Azərbaycan öz ərazisi daxilindəki qanunsuz hərbi birləşmələri ya xaric etməli, ya silahsızlaşdırmalı, ya da məhv etməlidir. Yəni məsələ Azərbaycanın daxili işidir.

Erməni rəsmiləri ilin sonuna qədər sülh müqaviləsinin bağlanılacağı ilə bağlı fikirlər səsləndirir. Bunu biz də çox istəyirik. Ancaq Cənubi Qafqazda sülh istəməyən qüvvələr var. Bu səbəbdən yaxın zamanda məsələnin tamamilə həll olunması gözlənilmir.

Hər bir müharibənin sonu sülh ilə nəticələnib. Azərbaycan 44 günlük “Vətən müharibəsi”nin qalibidir. Azərbaycan Ermənistanı sülhə məcbur edəcək. Və başa salacaq ki, bir daha silahlanıb Azərbaycana qarşı hər hansı hərbi fəaliyyətə cəhd etməsinlər. Əks halda Ermənistan adlı dövlətin valığı sual altına düşəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

1183
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv