Yana-yana yandı “Yanıq Kərəmi”… – Aşıq Ədalət dəfn olundu – FOTOLAR

Dünən dünyasını dəyişən ustad aşıq Ədalət Nəsibov dəfn olunub.

Yenicag.az xəbər verir ki, aşıqla Qazax rayon Mədəniyyət Evində vida mərasimi keçirilib. Daha sonra el sənətkarı Ağköynək kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Azərbaycan Aşıqlar Birliyinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, aşığın ailə üzvləri və sevənləri iştirak edib. El sənətkarı məzara “Yanıq Kərəmi”nin sədaları altında qoyulub.

Allah rəhmət eləsin!

Cəvahir