Reklam: High Technic
hightechnic

Yanacaq bahalaşdı - Çində

Dünya bazarında xam neftin qiymətinin qalxması Çində yanacağın pərakəndə satış qiymətinin növbəti dəfə artırılmasına səbəb olub.

Yenicag.az xəbər verir ki, Çin Milli İnkişaf və İslahat Komissiyasının qərarına əsasən, benzinin və dizel yanacağının hər tonunun qiyməti müvafiq olaraq 240 yuan (35 ABŞ dolları) və 230 yuan (33,5 dollar) artırılıb.

Qeyd edək ki, Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə qalxarsa və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada artırır.

www.yenicag.az

21075