Yanacaq dolu anbarda partlayış – Foto, Video

Dəməşq hava limanında güclü partlayış olub.

Yeniçağ.az “Al-Maydan” telekanalına istinadən xəbər verir ki, parlayış yanacaq dolu anbarda qeydə alınıb.

Reuters agentliyi İsrailin “Hizbullah” terror qruplaşmasının hava limanı yaxınlığında yerləşən anbarına hava hücumu həyata keçirdiyini müəyyənləşdirib.

Hələ ki, Suriya və İsrail tərəfindən rəsmi açıqlama verilməyib.

Yeniçağ.az