Yanacaq tankeri ilə yük maşını toqquşdu – Partlayış zamanı 38 nəfər ölüb

Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin tez-tez baş verdiyi Nigeriyanın şimal-mərkəzindəki Agaie bölgəsində yanacaq tankeri və yük maşını toqquşub.

Yenicag.az xəbər verir ki, toqquşma nəticəsində böyük partlayış olub. Dəhşətli hadisədə 48 nəfər həyatını itirib. Yük maşınının mal-qara daşıdığını bildirən mənbələr ən azı 50 heyvanın diri-diri yanaraq, öldüyünü açıqlayıb.

Fövqəladə Hallar üzrə Dövlət Agentliyinin baş direktoru Abdullahi Baba-Arab bildirib ki, qəza yerində axtarış-xilasetmə işləri davam edir.

Baba-Arab əvvəlcə 30 cəsədin tapıldığını, lakin sonra toqquşmada yanaraq ölən daha 18 nəfərin cəsədinin tapıldığını bildirib. Qurum rəsmisi həyatını itirənlərin toplu şəkildə dəfn edildiyini də bildirib.

Nigeriya Federal Yol Təhlükəsizliyi Korpusunun məlumatına görə, 2020-ci ildə cəmi 1531 benzin tankeri qəzası baş verib, nəticədə 535 nəfər ölüb, 1142 nəfər yaralanıb.

İsmayıl Bakuvi

COP29