Lənkəran Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Alı Alıyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Yenicag.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, 1993-cü il təvəllüdlü Alı Alıyev 28 sentyabr 2021-ci il tarixinə keçən gecə sərxoş vəziyyətdə Lənkəran rayonu, Şirinsu kəndində yerləşən “OYES” yanacaqdoldurma məntəqəsinə, 7 oktyabr 2021-ci il tarixinə keçən gecə Lənkəran rayonu, Girdəni kəndində yerləşən “Girdəni Petrol” yanacaqdoldurma məntəqəsinə bıçaqla basqın edib. Nəticədə o, bir neçə şəxsə xəsarət yetirib, oradan quldurluq yolu ilə pul və telefon aparıb.