Qırğızıstanda güclü partlayış baş verib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Qırğızıstanın İssık-Kul vilayətində yanacaqdoldurma məntəqəsində çənə qaz vurulan zaman baş verən partlayışda biri uşaq olmaqla iki nəfər yanaraq ölüb, 8 nəfər isə müxtəlif yanıq xəsarətləri alıb.
Yaralıların vəziyyətinin ağır olduğu və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.