Yanacaqdoldurma məntəqəsində yük avtomobili yandı – Xəsarət alan var

Xaçmaz şəhərində, yanacaqdoldurma məntəqəsinin ərazisində “DAF” markalı qoşqulu yük avtomobilinin yanar hissələri və qismən qoşqusu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, yanğın zamanı sürücü müxtəlif yanıq xəsarətləri ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb.

Qoşqunun qalan hissəsi və yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.