Yanacaqdoldurma məntəqəsinə saxta əsginas verən şəxs saxlanıldı

Abşeronda yanacaqdoldurma məntəqəsinə saxta əsginas verən şəxs saxlanılıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən yanvarın 16-da Xırdalan şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində yanacaq doldurmaq üçün 100 manatlıq saxta əsginas verən taksi fəaliyyəti ilə məşğul olan “Toyota” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Q.Zeniyev saxlanılıb.

Araşdırma aparılır.