!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yanan bina 10 gün ərzində sakinlərə təhvil veriləcək

!Reklam – Yazi

xcdxcxcvAzadlıq prospektində yanan 16 mərtəbəli binada təmir işləri yekunlaşmaq üzrədir.

59 mənzilli bina 10 gün ərzində sakinlərə təhvil veriləcək. Yaşayış binası demək olar ki, sıfırdan təmir olunub.

İş icraçılarından aldığımız məlumata görə, təmirin 5 aya yekunlaşması burda işlərin paralel şəkildə üç növbədə aparılması ilə bağlıdır. Bina tam yeni texnologiya əsasında ən son tikinti standartlarına uyğun şəkildə təmir edilib.

“Binada hər hansı bir yanğın hadisəsi baş verərsə, yanğının tez bir zamanda ram edilməsi üçün, xüsusi siqnalizasiya sistemi quraşdırılıb. Eyni zamanda liftlər yeniləri ilə əvəz olunub, istilik sistemi tamamilə dəyişdirilib”, – deyə sahə rəisi Sənan Şükürov bildirib.

İş icraçısının sözlərinə görə, binanın təmirində istifadə olunan bir çox materiallar xarici ölkələrdə istehsal olunub. Binanın fasadında istifadə olunan örtük Ukraynadan gətirilən yanmayan materialdır. Bu örtüklərin tərkibi daş və gildən ibarətdir və yanma ehtimalı sıfıra bərabərdir. Örtüyün üstü isə suvaqla və rənglənməklə səliqəyə salınıb.

Hazırda mənzillər içində son tamamlanma işləri gedir. Döşəmə keyfiyyətli parketlə üzlənib. Mətbəxdə mebel, vanna otağında isə santexnika aksessuarları quraşdırılıb.

Otaqların daxili təmiri və dizaynı zamanı ev sakinlərinin fikirləri də nəzərə alınıb.

Xatırladaq ki, 59 mənzildən ibarət olan 16 mərtəbəli bina bu ilin may ayında keyfiyyətsiz üzlüyün alışması səbəbindən yanmışdı(ans).

www.yenicag.az

473
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv