!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yanan bina 4 aydan sonra- Fotolar

!Reklam – Yazi

AZERBAIJAN-FIRE/Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən 16 mərtəbəli binada baş verən dəhşətli yanğından 4 aya yaxın vaxt keçir.

Yanğınla bağlı yaradılan dövlət komissiyasının sədri, baş nazirin müavini Abid Şərifov bundan öncə mətbuata açıqlamasında bildirmişdi ki, yanan bina sentyabr ayında təhvil veriləcək.

İlk olaraq iş icraçısı Gündüz Məmmədovla söhbətləşdik. O bildirdi ki, binada demək olar ki, təmir işləri yekunlaşmaq üzrədir: “Güman edirəm ki, sentyabr ayı ərzində bütün işlərimizi yekunlaşdıracağıq. Çox az qalıb. Evlərin təmiri yekunlaşdırılıb, işıq-qaz sistemi yoxlanılır. Otaqlar artıq təmirlidir. Əksəriyyətinin döşəmlələri vurulub, mebelləri yerləşdirilir, pərdələr asılır.

Təbii ki, ev sahibləri də gəlib vəziyyətlə maraqlanırlar, mebellərin, qapıların rəngi ilə bağlı öz istəklərini deyirlər. Çalışırıq ki, hər bir əşyanın ən kefiyyətlisindən istifadə edək”.

İş icraçısı ilə söhbətimizi bitirib, binanın içərisinə keçdik. Təmir olunmuş mənzillərə daxil olub, fəhlə və ustalarla da həmsöhbət olduq. Onlar da bildirdilər ki, təmir bu ayın sonuna kimi başa çatacaq.

“60 mənzili təmir etmişik. Bir neçə ay ərzində bu işləri görmək asan məsələ deyil. Ancaq çalışmışıq ki, hər bir işimiz yaxşı, kefiyyətli alınsın. Məsələn, gördüyünüz otağın qapıları ən bahalı qapılardandır. 500-800 manat arası qiyməti var. Ev sahibləri də gəlib baxırlar, heç bir narazılıqları yoxdur. Mebellərin rəngələrini də necə istəyirlərsə, elə seçirik.

Elə edirik ki, ortaq razılaşma olsun. İnşallah ayın sonuna yaxın binanı əvvəlki vəziyyətinə qaytaracağıq”.

Başları təmirə qarışan usta və fəhlələr sonda zarafat etməyi də unutmadılar.

“Təzə mebel, təzə ev varsa, gərək arvad da təzə olsun”.

Qeyd edək ki, bir müddət əvvəl Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada baş vermiş yanğın 4-ü azyaşlı olmaqla, 14 nəfərin həyatına son qoymuş, onlarla mənzil tamamilə yararsız vəziyyətə düşmüşdü(azvision).

 

www.yenicag.az

899
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv