Bu gün səhər saatlarında Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın baş verib.
Yanğın zamanı Respublika Narkoloji Mərkəzində müalicə olunan 24 nəfər yanaraq ölüb.Yenicag.az-ın reportyor qrupu hadisə baş verən ərazidə olub.
Ərazinin mühafizəsini təşkil edən polislər jurnalistlərə iş aparmasına icazə verməyiblər. Mərkəzdə müalicə alanların doğmaları, yaxınları hadisə yerinə gələrək, məlumat almağa çalışsalar da heç nə öyrənə bilməyiblər.
Yenicag.az sözügedən ərazidən çəkilmiş foto və videoları sizə təqdim edir:
Səxavət Məmməd
Foto və videolar: Cəmalə Əlizadə