Yanan hava balonundan tullandılar – Ölən və yaralananlar var – VİDEO

Meksikada hava şarının səbəti havada olarkən alovlanıb.

Yenicag.az-ın xarici mediaya istinadən məlumatına görə, şarda olan iki nəfər yanğından qorxduğu üçün səbətdən atılaraq dünyasını dəyişib. Üç nəfər isə ağır yaralanıb.

Qəzadan sağ çıxan şarın pilotu hadisə yerindən qaçıb. Təhlükəsizlik qüvvələri əməliyyata başlayıb.

COP29