Xəbər verdiyimiz kimi Tovuz rayonunda yaşayış evinin yanması nəticəsində ər-arvad ölüb.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, ölən şəxslər 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmşəd qızı və 1945-ci il təvəllüdlü Məmmədov Fərman Qoca oğlu AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin bacısı və bacısının əridir.
Məlumatda, həmçinin, bildirilir ki, yanğına səbəb qaz sızmasıdır.