Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Yanan universitetdə tanınmış jurnalistin oğlu tüstüdən zəhərləndi - SON DƏQİQƏ (Fotolar + Video)

Bakıda Kooperasiya Universitetinin binasında baş verən yanğın zamanı tanınmış jurnalist Tahirə Məmmədqızının da oğlu xəsarət alıb.

Yenicag.az-a açıqlama verən jurnalist övladını xəstəxanaya apardığını deyib:

“Oğlum universitetin binasında imtahan verirdi. Qəfildən valideynlər təşviş içində qışqırdılar ki, binada yanğın var. Hamı içəriyə axışmaq istədi, polis və mühafizəçilər bizə imkan vermədi. Dedilər ki, içəridə heç bir hadisə olmayıb, uşaqlar imtahan verir, maneçilik törətməyin. Sən demə, uşaqlar o tüstüdə içəridə oturub, yazı yazırlarmış. Heç kim onları bayıra çıxarmayıb.  Yanğın şiddətlənəndə təcili yardım maşınları və polislər gəldi. Onlarla uşağı xəstəxanaya apardılar, bilmirəm o uşaqların vəziyyəti necədir. Oğlum da, mən də qaçhaqaçda xəsarət aldıq. Evə aparanda gördüm ürəyi bulanır, halı pisləşdi. İndi xəstəxanaya gedirik. Çox güman ki o da zəhərlənib. O qarışıqlıqda uşağın şəxsiyyət vəsiqəsi də itib”.

Cəvahir
Yenicag.az

www.yenicag.az

543