Türkiyənin Diyarbəkr vilayətində baş verən yanğın nəticəsində 6 azyaşlı yanaraq ölüb.
Vilayətin Kulp rayonunun Karaağaç kəndində mədrəsədə yanğın baş verib. Quran kursuna gedən şagirdlərdən 6 nəfəri ölüb, 3 uşaq isə xəsarət alıb(APA).