Yanğın olan məktəbdə tədris necə davam edəcək?

Bu gün səhər saatlarında yanğın baş verən 84 saylı məktəbdə tədris distant formada davam edəcək.

Bu barədə Yenicag.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, yanvarın 7-də səhər saatlarında Bakı şəhərindəki Aslan Muradov adına 84 nömrəli tam orta məktəbin ikinci mərtbəsində yanğın baş verib:

“Məktəbin müəllim və şagird heyəti təxliyə olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğın qısa müddət ərzində söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Bu gün məktəbdə dərslərin distant qaydada davam etdirilməsi nəzərdə tutulur”, – məlumatda qeyd edilir.