Yanğın tıxac yaranmasına səbəb oldu

Ticarət mərkəzində baş verən yanğınla əlaqədar Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsindən Təbriz küçəsinə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, ərazidə nəqliyyat sıxlığının yaranmaması üçün zərurət olmadığı halda bu istiqamətdə minik avtomobili ilə hərəkət etməmək tövsiyə edilir.