Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Yanğında ölən kişinin ailəsi fəryad qopardı – ÜRƏKPARÇALAYAN VİDEO+FOTOLAR+EKSKLÜZİV

Bu gün səhər saatlarında ilk olaraq, Yenicag.az saytının verdiyi məlumata görə, Bakıda, Cəfər Cabbarlı küçəsi 28 ünvanındakı atelyedə güclü partlayışla müşahidə olunan yanğın baş verib. Nəticədə, həmin atelyedə dərzi işləyən Yevlax rayon sakini Mustafa Yusifov dünyasını dəyişib, alovu söndürməyə gələn qonşu Əfrasiyab Əliyev və bir polis yaralanıb.

Yenicag.az xəbər verir ki, yanğından 2 saat sonra mərhumun ailə üzvləri: həyat yoldaşı, oğlanları və nəvələri hadisə yerinə gələrək, fəryad qoparıblar. Onları sakitləşdirmək mümkün olmayıb.

“Babamı istəyirəm” deyən nəvələr fəryad edərək, cəsədin olduğu zirzəmiyə daxil olmaq istəyiblər. Mərhumun həyat yoldaşının urəyi gedib.

Mərhumun cəsədi ekspertiza üçün aidiyyatı qurumlara təhvil verilib.

Yeniçag.az-ın lentə aldığı dəhşətli görüntüləri təqdim edirik.

 

Cəvahir Səlimqızı
Foto və video: Cəmalə Əlizadə
Yenicag.az

www.yenicag.az

465
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM