Yanğında ölənlərin 9-nun meyiti ailələrinə təhvil verilib

Fevralın 2-də Respublika Narkoloji Mərkəzində yanğın zamanı həlak olmuş 25 nəfərdən 9-nun meyiti ailələrinə təhvil verilib.

Yenicag.az xəbər verir ki, bu, ölənlərin ailə üzvləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomoiya Birliyinə gələrək meyitlərə baxış keçirdikdən sonra mümkün olub.

Nəticədə yalnız 9 nəfərə aid meyit yaxınları tərəfindən tanınıb və hüquq-mühafizə orqanlarının apardığı müvafiq ekspertiza prosedurundan sonra onların cənazəsi qohumlarına verilib.

Kimliyi bilinən 9 meyitin ad və soyadı hələ ki, açıqlanmır.

Hazırda digər 16 meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə ekspertiza işləri aparılır.

Martın 2-də saat 06:10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri, Prokurorluq və Daxili İşlər orqanlarının əməkdaşları cəlb edilib.
Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.
Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

Saat 08.30-da yanğın söndürülüb, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.(Report)

 

COP29