Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsi işləri davam etdirilir.
Yenicag.az FHN-ə istinadən xəbər verir ki, yanğının söndürülməsi məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd “BE-200ÇS” tipli təyyarəsi cəlb olunub.