Yanğının söndürülməsinə helikopterlər cəlb olundu – VİDEO

Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 2 helikopteri cəlb olunub.

Yenicag.az xəbər verir ki, hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.