Yanmamaq üçün özlərini hündürmətəbədən atdılar, amma… – VİDEO

Rusiyanın Tomsk vilayətində dəhşətli yanğın hadisəsi baş verib. 

Yenicag.az xəbər verir ki, hündürmərtəbəli binada dünən gecə saatlarında yanğın başlayıb. Yanğından qurtulmaq üçün 2 nəfər özünü 9-cu mərtəbədən atıb.

Qadın aldığı zədələrdən hadisə yerində ölüb. Ağır yaralanan kişi isə xəstəxanaya çatdırılıb.

Yanan binadan 14 nəfəri xilas etmək mümkün olub. 1 nəfər isə yanaraq ölüb.