Bu ilin yanvar ayının sonuna Azərbaycanda orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,865 milyard manat təşkil edib.
Yenicag.az xəbər verir ki, bu, ötən ilin sonu ilə müqayisədə 31 milyon manat və ya 1,7% çoxdur.
Belə ki, 2024-cü ilin sonuna Azərbaycanda orta sahibkarlıq subyektlərinə verilən kreditlətin həcmi 1,834 milyard manat olub.
Qeyd edək ki, ötən ayın sonunda Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14,710 milyard manat təşkil edib. Bankların biznes kredit portfeli əvvəlki illə müqayisədə 13,9% və ya 1,798 milyard manat artıb. 2023-cü ildə bankların biznes kredit portfelinin həcmi 12,913 milyard manat olub.
Xatırladaq ki, cari ilin yanvar ayının 1-nə olan məlumata görə, Azərbaycanda 4 min 150 orta sahibkarlıq subyekti fəaliyyət göstərir.
Orta sahibkarlıq subyektlərinin ən çoxu ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində (1 423), ən azı isə digər sahələrdə (47) fəaliyyət göstərir.