Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

YAP-a birləşən partiyanın sədri: “AXDP-də məqsədlərimə nail ola bilmirdim”

Reklam: Sinerji Pro

“Partiyamızın YAP-la birləşməsi hədəflərimizə çatmaqda müsbət rol oynayacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ötən həftə hakim Yeni Azərbaycan Partiyasına (YAP) birləşən Xalq-Demokratik Partiyasının (AXDP) sədri Rafiq Turabxanoğlu deyib.

Onun sözlərinə görə, AXDP-nin YAP-la birləşməsi ölkənin milli maraqlarını daha yaxşı təmsil etməyə imkan yaradacaq:

“Əsas məqsədim Azərbaycanın mənafeyini hər zaman yüksək səviyyədə təmsil etməkdir. Bu məqsədə sırf AXDP-nin fəaliyyəti ilə nail ola bilmirdim. Məsələn, illər öncə hansısa formada meydana gələn erməni faktoru Azərbaycana çox böyük ziyanlar vurur və tərtib etdikləri bir proqramla beynəlxalq qanunları əzərək özlərinə haqq qazandırmağı bacarırlar.

Bu sahə üzrə konkret kontingent işləyir və əzabını ölkəmiz çəkir. Bu gün müstəqil Ermənistan dövlətinin mövcud olmasını istəmərəm. Bu, Azərbaycana və insanlığa ziyandır. Bu mövzuda xalq adından ancaq dövlətimiz danışa bilər. Yəni bu, ölkədə mövcud olan hansısa siyasi partiyanın gücü çatan mövzu deyil.

Ermənistanın müstəqil dövlət olmasına şərait yaratmaq lazım deyil. Dünya siyasi partiyanı deyil, hökuməti dinləyir. Bu baxımdan, partiyamızın YAP-la birləşməsi hədəflərimizə çatmaqda müsbət rol oynayacaq”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

217
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100