Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

YAP aksiya keçirdi-Fotolar

76964Bu gün Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, YAP Gəncə şəhər təşkilatının təşəbüsü ilə şəhər səhiyyə idarəsinin bir qrup həkimləri Gəncə şəhər Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzindəki yaşayışçıları tibbi müayinədən keçirib.

Tibbi müayinədən öncə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, AMEA-nın Gəncə bölməsinin rəhbəri, akademik Fuad Əliyev, Gəncə Səhiyyə İdarəsinin rəisi Mehman Rzayev, şəhər ictimaiyyətinin nümayəndələri və gənclər ahıllarla görüşüblər və tibbi müayinəni izləyiblər.

Müayinənin əsas məqsədi mərkəzdə yaşayanların göz xəstəliklərini aşkar edərək, müəyyən müalicə tədbirləri görməkdir. Bunun üçün Gəncə şəhər Göz Xəstəxanasının həkimləri mərkəzin 100-ə yaxın sakinini müayinə edib. Bəzi xəstələrə elə yerindəcə tibbi yardım göstərilib. Cərrahi müdaxiləyə ehtiyacı olanların isə xəstəxanaya yerləşdirilməsinə göstəriş verilib.

 

www.yenicag.az

253