!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

YAP-çı deputat: “Milli Məclisdə deyilən sözlər çox da uzağa getmir”

!Reklam – Yazi

“Ədalətsiz mövqe tutmalarına baxmayaraq, beynəlxalq təşkilatlarla işləməliyik”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin oktyabrın 5-də keçirilmiş iclasında hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Siyavuş Novruzov deyib.

Siyavuş Novruzovun sözlərinə görə, Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilməlidir:
“Bəzən buradan da belə fikirlər səsləndirilir ki, Azərbaycanın bəzi beynəlxalq təşkilatlarla əməkdaşlığı dayandırılmalıdır, o qurumların üzvlüyündən çıxmalıyıq və sair. Ancaq məncə, bu, doğru olmazdı.

Çünki Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında beynəlxalq təşkilatların tribunalarından istifadə etmək lazımdır. Düzdür, o təşkilatların bir çoxu Azərbaycana qarşı ədalətsiz mövqe tutur. Amma buna baxmayaraq, həmin qurumlarla əməkdaşlıq davam etdirilməlidir.

Bilirsiz, burada, Milli Məclisdə Azərbaycana qarşı ədalətsiz münasibət haqqında çox danışırıq, tənqid edirik. Lakin burada deyilən sözlər çox da uzağa getmir. Ona görə də beynəlxalq qurumların tribunalarından istifadə olunmalıdır”.

A.Zeynalov

www.yenicag.az

3091
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv