!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

YAP-çı deputatlar yenə “OFSAYD”DA: “Qurultay barədə bizə məlumat verilməyib”

!Reklam – Yazi

Hakim partiyanın deputat korpusunun üzvləri təşkilatın növbədənkənar qurultayının keçiriləcəyindən xəbərsizdirlər.

Yenicag.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayının çağırılması hakim siyasi təşkilatın deputatları üçün də sürpriz olub.

Bu barədə Yenicag.az-a danışan YAP-çı deputat Azər Badamov növbədənkənar qurultayın çağırılmasından xəbərsiz olduğunu deyib:

“Ola bilər, keçirilsin, bizə hələ məlumat verilməyib. Məlumatım yoxdur, deyə bilmərəm”.

YAP-ın başqa bir deputatı – Aydın Mirzəzadə isə sualı cavablandırmaq əvəzinə, bizə ağlımıza belə gəlməyəcək tövsiyə verməklə münasibət bildirməkdən yayındı:

“Bu barədə mətbuat xidmətinə müraciət edin”.

Çox maraqlıdır, YAP-ın deputat korpusunun bir sıra üzvləri növbədənkənar qurultay barəsində, həqiqətən, məlumatsızdırlar, yoxsa bu mövzuda danışmamaq göztərişi alıblar?

Aqil Bəkir

www.yenicag.az

908
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv