!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

YAP-çı namizəd Nyu Yorkda villa aldı - 1140000  ABŞ dollarına

!Reklam – Yazi

Hakim Yeni Azərbaycan Partiyası siyahısını açıqladıqdan sonra, namizədlərinin təftişi başlayıb. Xüsusilə, jurnalistlər Yeni Azərbaycan Partiyasının siyahısında olan namizədlərlə bağlı axtarışlar verirlər. 

Yenicag.az xəbər verir ki, hazırda Avropada yaşayan jurnalist Cavanşir Həsənli öz sosial media hesabından bu mövzuda maraqlı məlumatlar yaymaqdadır. 

Jurnalistin iddiasına görə, “YAP-ın deputatlığa namizədlərindən biri olan “Embawood’ şirkətinin həmtəsisçisi Məşhur Məmmədov 2012-ci ildə Nyu-Yorkun senatorlarından olan David Storobinin seçki kampaniyasına maddi dəstək verib. İşadamı əyalət seçkilərinə qatılmış respublikaçı namizədin seçki fonduna 5000 dollar pul köçürüb. David Storobin 1979-cu il təvəllüdlülüdür, ixtisasca vəkildir”.

Həmçinin, Məşhur Məmmədovun iki il əvvəl Nyu York şəhəri yaxınlığında villa aldığı da bildirilir. Villa Nyu York yaxınlığında, RIVERDALE 335, Lot in Fort Lee ünvanında yerləşir və deputatlığa namizəd bu daşınmaz əmlak üçün 1140000 (Bir milyon, yüz qırx min) ABŞ dolları ödəyib.

Qeyd edək ki, Məşhur Məmmədov əslən Masallı rayonunun Yeddioymaq kəndindəndir və “Embawood’ şirkətinin rəhbəridir. Şirkətin əsası 1996-cı ildə Masallıda Elşad Abbasov adlı sahibkar tərəfindən qoyulsa da, hazırda nə hikmətsə, şirkətə Məşhur Məmmədov rəhbərlik edir.

www.yenicag.az

5320
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv