YAP-ın yeni siyahısında onların adı yoxdur – YENİLƏNDİ

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası parlament seçkiləri ilə bağlı siyahısını bu gün açıqlayacaq.

Yenicag.az xəbər verir ki, siyahıda bir sıra tanınmış YAP-çı deputatlar yer almayacaq.

Belə ki, yüksək dövlət vəzifəsi tutan şəxslərin parlamentdə təmsil olunması məqsədəuyğun hesab edilməyib.

YAP-ın yeni namizəd siyahısında vitse-spiker Bahar Muradova, Arif Rəhimzadə, Ağacan Əbiyev, Rövnəq Abdullayev, Şəmsəddin Hacıyev, Cavid Qurbanov, Hacı Salayev, İlham Əliyev, Əsabil Qasımov, Nəriman Əliyev, Sona Əliyeva, Rafiq Məmmədhəsənov, Yaqub Mahmudov, Mirzəcan Xəlilov, Mirkazım Kazımov, Sevinc Hüseynova, Mahir Abbaszadə, Tahir Süleymanovun adları yoxdur.

Vasif Talıbov, İsa Həbibbəyli, Ziyafət Əsgərov, Əli Hüseynli, Aydın Mirzəzadə, Səməd Seyidov, İqbal Məmmədov, Hadi Rəcəbli, Əhliman Əmiraslanov, Hüseynbala Mirələmov, Eldar İbrahimov, Naqif Həmzəyev, Oqtay Əsədov, Elçin Quliyev, Malik Həsənov, Cavanşir Paşazadə, Cavid Osmanov, Sahibə Qafarova, Nəsib Məhəməliyev, Nizami Cəfərov, Hikmət Məmmədov, Məlahət İbrahimqızı, Ağalar Vəliyev, Elman Nəsirov, Rəşad Mahmudov, Tahir Rzayev, Kamilə Əliyeva, Tahir Mirkişili, Kamran Bayramov, Kəmaləddin Qafarov, Bəxtiyar Sadıqov, Aqiyə Naxçıvanlı, İlham Məmmədov, İmamverdi İsmayılov, Sevinc Fətəliyeva, İmamverdi İsmayılov və Siyavuş Novruzovun namizədliklərinin isə yenidən irəli sürüldüyü qeyd olunur./Qafqazinfo/