Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“YAP-da indi irəli çəkilənlərdən birinin anası ermənidir” - Partiya sədri iqtidar qurultayını “topa tutdu”

Reklam: High Technic

“Hakim partiyada həyata keçirilən dəyişiklikləri ciddi qiymətləndirmək və ya ondan örnək götürmək üçün əsas yoxdur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayından sonra hakim siyasi təşkilatda həyata keçirilən dəyişikliklərin müxalifətin fəaliyyətinə mümkün təsirlərini dəyərləndirən Böyük Azərbycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.

BAP sədrinin sözlərinə görə, YAP-da baş verən dəyişikliklər heç bir halda müxalifət üçün presedent yaratmır:

“Ümumiyyətlə, YAP-ı klassik mənada siyasi partiya qismində qəbul etmək mümkün deyil. O partiya siyasi təşkilatdan çox sanki idarəetmə aparatının bir hissəsidir.

Ona görə də, YAP-da həyata keçirilən dəyişiklikləri ciddi qiymətləndirmək və ya ondan örnək götürmək üçün əsas yoxdur.

Növbədənkənar qurultay çağırdılar və o tədbirdə partiyanı öz sözləri ilə desək “köhnə”lərdən təmizləməyə çalışdılar, onlar üçün yaratdıqları yeni strukturu da Ağsaqqallar yox Veteranlar Şurası adlandırdılar.

Məqsəd aydın idi – başda özü olmaqla, Ramiz Mehdiyevin qrupunu partiyanın rəhbərliyindən uzaqlaşdırmaq, onların yerinə yeni nəsil kadrları gətirmək. Amma “əvəzedicilər”ə baxanda açıq görünür ki, onlardan nə ciddi bir təşəbbüs, nə də nəticəli fəaliyyət gözləmək olar.

Yeri gəlmişkən, YAP-ı “köhnə”lərdən təmizləsələr də, İdarə Heyətinə seçilənlər arasında Ramiz Mehdiyevin sayəsində yüksələnlər də var, hətta onlardan birinin birinin anası ermənidir. Bunu tam məsuliyyətlə deyirəm”.

Aqil Bəkir

Loading...

www.yenicag.az

361
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100