!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“YAP-dakı yeni kadrlar vaxtilə partiyada özünü təsdiqləyə bilməyən insanların səhvlərindən dərs alacaqlar” - Elman Nəsirov

!Reklam – Yazi

“Partiyanın Nizamnaməsinə uyğun olaraq, bundan sonra rayon təşkilatlarının sədrləri yalnız bir vəzifə tuta bilərlər”.

Bu fikirləri hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin bir neçə gün əvvəl keçirilmiş iclasında Bakı şəhəri üzrə rayon təşkilatlarına yeni sədrlərin təyinatının təşkilatın Nizamnaməsinə uyğunluğunu dəyərləndirən Milli Məclisin deputatı Elman Nəsirov Yenicag.az-a açıqlamasında deyib.

O, YAP-da irəli çəkilən yeni kadrların vaxtilə özünü təsdiqləyə bilməyən şəxslərin səhvlərindən nəticə çıxaracaqlarına inandığını vurğulayıb:

“Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə edilən dəyişiklikdən sonra partiyanın rayon təşkilatlarının sədri təyinatlı vəzifə olub. Bununla bağlı qərar da Nizamnaməyə uyğun qəbul edilib.

Ümumiyyətlə, həyata keçirilən bu təyinatları yüksək qiymətləndirirəm. YAP hakim partiya olaraq, ölkədə gedən islahatlar prosesində birbaşa iştirak edir. Eləb bir sahə yoxdur ki, islahatlar onu əhatə eləməsin. YAP da bu islahatların episentrində olan siyasi qüvvədir.

Bildiyiniz kimi, partiyada struktur dəyişiklikləri oldu, yeni şöbələr yaradıldı, partiyanın rəhbərliyinə müsbət reputasiyaya malik yeni şəxslər cəlb edilib.

Ən başlıcası, məsələn, əvvəllər rayon icra başçısının müavini olan şəxs həm də YAP-ın rayon təşkilatının sədri vəzifəsində işləyə bilirdi. Bu isə işin keyfiyyətinə müəyyən mənada təsir edirdi.

Artıq Nizamnaməyə uyğun olaraq, bu sahədə ciddi dəyişikliklərin əsası qoyulub və bundan sonra rayon təşkilatlarının sədrləri yalnız bir vəzifə tuta bilərlər. Hətta YAP-dan olan deputat həm də rayon təşkilatının sədridirsə, o, sədr vəzifəsindən getməlidir. Ona görə də, Bakı şəhəri üzrə rayon təşkilatlarının deputat sədrləri artıq həmin vəzifədən gediblər.

Partiyada gənc, savadlı, bilikli, vətənpərvər, müasir texnologiyalarla işləməyi bacaran, xarici dilləri bilən, ən əsası, milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə almış şəxslər vəzifələrə gətirilir, onlara böyük etimad göstərilir.

Hesab edirəm ki, yeni kadrlar vaxtilə partiyada müəyyən vəzifələr tutan və o vəzifədə özünü artıq təsdiqləyə bilməyən insanların səhvlərindən dərs alacaq, nəticə çıxaracaqlar. O baxımdan, yeni kadrlara böyük ümidlər var”.

A.Zeynalov

www.yenicag.az

942
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv