!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

YAP-dan 170 minlik rüşvət məsələsinə – Reaksiya

!Reklam – Yazi

aydinmir3Yeni Azərbaycan Partiyası (YAP) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın da adının hallandığı 170 minlik qalmaqala münsibət açıqlayıb.

AzNews.az-a danışan YAP-ın İcra Katibliyinin Siyasi Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadənin sözlərinə görə, hazırda 170 min rüşvət olayı ilə bağlı mətbuatda gedən bütün informasiyalar araşdırılır: “Bu, hüquq-mühafizə orqanlarının səlahiyyətində olan bir prosesdir. Burada əsas söz ancaq hüquq-mühafizə orqanlarının yekun qərarından sonra deyiləcək. Məsələ araşdırılmalıdır”.

Xatırladaq ki, Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və keçmiş aparat rəhbəri S.İmanov dələduzluqda ittiham olunur. Sözügedən şəxslərin adının hallanmasını istəməyən sahibkardan icra başçısının müavini vəzifəsinə düzəltmək adı ilə 170 min ABŞ dollar aldığı iddia olunur.

Qeyd edək ki, adı dələduzluqda ittiham olunan sabiq aparat rəhbəri Səfər İmanov yanvarın 31-də Azərbaycanı tərk edib.

www.yenicag.az

389
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv