!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

YAP-dan AXH-də baş verənlərə REAKSİYA: “O “dərnəyin” fəaliyyəti...”

!Reklam – Yazi

“Adını çəkdiyiniz qrupda nə baş verdiyi nə cəmiyyət, nə də bizim üçün maraqlı deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında bir sıra müxalifət partiyalarını birləşdirən Azərbaycan Xalq Hərəkatında (AXH) müşahidə olunan parçalanmaya münasibət bildirən hakim Yeni Azərbaycan Partiyasından (YAP) millət vəkili Aydın Mirzəzadə deyib.

Aydın Mirzəzadənin sözlərinə görə, AXH-də baş verənlər cəmiyyətin maraq dairəsində deyil:
“AXH adlı kiçik bir dərnəyin daxilində nə baş verdiyi bizi maraqlandırmır. Əsl xalq hərəkatı Azərbaycanın üzdə olan milyonlarla insanının iştirakçısı olduğu, güclü, müstəqil dövlət qurduğu hərəkatdır.

Həmin hərəkat bu gün Azərbaycanın uğurlarını artırır, nüfuzunu qaldırır və ölkəmiz beynəlxalq birlikdə öz yerini möhkəmlədir.

Adını çəkdiyiniz qrupda isə nə baş verdiyi nə cəmiyyət, nə də bizim üçün maraqlı deyil”.

A.Zeynalov

www.yenicag.az

3988
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv