YAP-dan Qarabağ mitinqinə reaksiya: “Xəbərimiz yoxdur”

“Müəyyən bir qrup hesab edirsə ki, mitinq keçirmək lazımdır, bu, onların hüququdur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında bir qrup siyasi partiya və ictimai təşkilatın sentyabrın 29-na Qarabağ mitinqi təyin etməsinə münasibət bildirən hakim Yeni Azərbaycan Partiyasından (YAP) millət vəkili Aydın Mirzəzadə deyib.

Aydın Mirzəzadə sabaha planlaşdırılan aksiya barəsində məlumatsız olduğunu desə də, Qarabağla bağlı mümkün qədər çox tədbir keçirilməsinin vacibliyini bildirib:

“Belə bir mitinqin olacağından xəbərim yoxdur. Ola bilər, hansısa qruplar mitinq təyin ediblər. Hakim partiya hər şeyə münasibət bildirməli deyil.

Kimsə mitinq keçirmək istəyirsə, qanuna uyğun qaydada keçirsin.

Ancaq Qarabağla bağlı həmişə daha çox tədbir keçirilməsinə ehtiyac var. Müəyyən bir qrup hesab edirsə ki, mitinq keçirmək lazımdır, bu, onların hüququdur”.

A.Zeynalov

COP29