Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatında YAP-ın yaradılmasının 22-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbiri YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri Fərman Rəsulov açaraq, partiyanın yaranmasından və 22 il ərzində keçdiyi şanlı, ləyaqətli yoldan danışıb.
O müstəqilliyimizin qorunub saxlanmasında partiyanın rolundan danışaraq bildirib ki, tərəqqi edən Azərbaycanın uğurlarında hər bir partiya üzvünün əməyi olub.
Tədbirdə gənclər adından çıxış edən Kənan Kərimov, Yasəmən Həsənova, Şəmsi Gülverdiyev YAP-ın gənc üzvləri olduqları üçün qürur və fəxarət hissi keçirdiklərini vurğulayıblar. Tədbirdə YAP Suraxanı rayon təşkilatının Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva, Suraxanı rayon İcra Hakimiyyətinin başçısının müavini Sevinc Hüseynova da çıxış edərək, əlamətdar gün münasibəti ilə hər kəsi təbrik ediblər.